May 13, 2024 14:47 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Bütün imamlar (ə) İslam hakimiyyəti fikrində olublar

İran İslam İnqilabın Aliməqamlı Rəhbəri VI Ümumdünya Həzrət Riza (ə) Konfransının elmi heyətini qəbul edib.

Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə bildirib: “İmamların (əleyhimus-salam) həyatı ilə bağlı üç cəhətdə iş görülməlidir: Onların biri... siyasət məsələsidir... onların əsas məqsədi İslam cəmiyyəti yaratmaq olmuşdur; İslam hakimiyyəti bərqərar olmadan İslam cəmiyyətinin qurulması mümkün deyil; Beləliklə, onlar İslam hakimiyyəti ardınca olmuşlar. İmamətin mühüm bir cəhəti budur; İmamət dinə və dünyaya başçılıq, maddə və mənaya başçılıq deməkdir.

O Həzrətin sözlərinə görə, bütün imamlar bunun ardınca olmuşlar; Yəni istisnasız olaraq bütün imamlar bunun ardınca olmuşlar; Amma fərqli üsullarla, fərqli mövsümlərdə, fərqli üsullarla və qısamüddətli hədəflərlə; Amma uzunmüddətli məqsəd eyni olmuşdur. Biz şiələr imamlarımızı dünyaya tanıtmalıyıq

İnqilab Rəhbəri əlavə edib: “Ümumdünya Həzrət Riza (ə) Konfransının təşkil edilməsi və bu toplantının keçirilməsi çox yaxşı haldır, çünki biz - şiə icması daxilində; başqalarına çatmamış - imamlara mərifət sahəsində çoxlu qüsurlarımız var; Bəzən bir cəhətə həddən artıq, ciddi diqqət yetirilir, digər cəhətlər isə diqqətdən kənarda qalır”.

 

Teqlər