May 13, 2024 17:01 Asia/Baku
  • Kənani: Amerikan, sionist insan haqları eyni sikkənin iki üzüdür

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: ABŞ və sionist rejimin insan haqları bir sikkənin iki üzüdür ki, biri Negevdə, digəri isə Quantanamo və Əbu-Qureybdəki həbsxanalarda sübuta yetirilib.

Nasir Kənani X sosial şəbəkəsindəki səhifəsində CNN-nin Negevdə sionistlərin gizli saxlama mərkəzinin şəkillərini dərc etməsinə toxunaraq, yazıb: "CNN-nin Negevdə apardığı araşdırmanın nəticələri göstərir ki, sionist rejim hərbçiləri fələstinli məhbuslara gizli həbsxanada işgəncə verirlər". 

CNN xəbər kanalı sionist rejimin işğal olunmuş ərazilərdəki iki həbsxanasının şəkillərini və məlumatlarını dərc edib və bildirib ki, burada fələstinli məhbuslara işgəncə verilir.

CNN-in Negev səhrasındakı Sde Teiman həbsxanasında işləyən anonim israilli mənbələrə istinad edərək, bildirib ki, sionist rejim hərbçiləri fələstinli məhbuslara qarşı fiziki və psixoloji işgəncələr, biləklərin daimi zəncirlənməsi nəticəsində yaranan xəsarətlər səbəbindən amputasiya kimi çoxsaylı insan haqları pozuntuları törədirlər.

ABŞ ordusu da Kubanın cənub-şərqindəki Quantanamo həbsxanasında və İraqdakı Əbu Qureyb həbsxanasında eyni işgəncələri həyata keçirib.