İran XİN sözçüsü:
Fransanın İranın məhkəmə qərarlarına müdaxilə etmək hüququ yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Fransa insan haqları ilə bağlı məsələlərə ikili yanaşır və bunun ən bariz nümunəsi Qəzzada soyqırımla bağlı qəti möve tutmamasıdır, digər tərəfdən də anti-İran terrorçuları üçün təhlükəsiz sığınacaq yeridir, ona görə də, İranın məhkəmə qərarlarına müdaxilə etmək hüququ yoxdur.
Nasir Kənani İRNA-ya verdiyi müsahibədə, Fransa Xarici İşlər Nazirliyinin İranda həbsdə olan Fransa vətəndaşları ilə bağlı son bəyanatını şərh edərkən, deyib: "Biz yalan arqumentlər və iddialara əsaslalnan bu qeyri-peşəkar, müdaxiləçi və yersiz mövqeləri şiddətlə qınayırıq".
Kənani əlavə edib: "Fransa Xarici İşlər Nazirliyinin bəyanatında adı çəkilən şəxslər qəti sübut və dəlillərə əsasən həbs ediliblər və Fransa hökuməti onların cinayətlərindən tam xəbərdardır, ona görə də, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yanlış ifadələrdən istifadə irəliyə doğru qaçışdır və problemlərin həllinə kömək etmir".
O, İran İslam Respublikasında məhkəmə sisteminin müstəqil olduğunu və onun məhkəmə qərarlarının məcburi və hörmət edilməli olunduğunu vurğulayıb.
Kənani sonda Fransanı bu cür bəyanatlar verməkdən və diplomatiyaya uyğun olmayan sözlər işlətməkdən əl çəkməyə çağırıb, çünki bu, iki ölkə arasındakı münasibətlərə və İran ictimai rəyinə mənfi təsir göstərir.