Azərbaycan türkcəsində 18-ci Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib
https://azeri.sahartv.ir/news/İran-i411189-azərbaycan_türkcəsində_18_ci_beynəlxalq_rəzəvi_Şeir_festivalı_keçirilib
İranın şimal-qərb şərhərlərindən sayılan Səlmas şəhərinə qonşu və eləcə də bəzi Avropa ölkələrindən gələn şairlər azəri-türkcəsində keçirilən 18-ci Beynəlxalq Rəzəvi Şeir Festivalında iştirak edib.
(last modified 2024-05-15T11:36:19+00:00 )
May 15, 2024 15:35 Asia/Baku
  • Azərbaycan türkcəsində 18-ci Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib

İranın şimal-qərb şərhərlərindən sayılan Səlmas şəhərinə qonşu və eləcə də bəzi Avropa ölkələrindən gələn şairlər azəri-türkcəsində keçirilən 18-ci Beynəlxalq Rəzəvi Şeir Festivalında iştirak edib.

Festiavlın açılış mərasimində Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslam İrşadının baş direktoru Əlirza Novruzi çıxış edib.

Bu festivala 416-sı İrandan, 120-si isə Türkiyə, Almaniya, Azərbaycan, İraq, Hollandiya, Rusiya, Türkmənistan, Gürcüstan və İraqdan olmaqla ümumilikdə 536 əsər göndərildiyini qeyd edən Əlirza Novruzi daha sonra bildirib ki, iyun ayının ortalarına qədər İran və Türkiyənin bir sıra şəhərlərində şeir və poeziya dərnəklərinin keçirilməsi ilə yanaşı Ərbəin günlərində İraqda şeir mərasiminin təşkil edilməsi festivalın proqramları arasındadır.

Xatırladaq ki, Azərbaycan türkcəsində keçirilən 18-ci Beynəlxalq Rəzəvi Şeir Festivalı, İran Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Quran və İtrət Qrupu”, İmam Rza (ə) Mədəniyyət və İncəsənət Vəqfi,  Səlmas şəhər valiliyi və şəhər Mədəniyyət və İslam İrşad İdarəsi kimi qurumlar tərəfindən təşkil edilmişdir.