Avstraliyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/İran-i411203-avstraliyanın_tehrandakı_səfirliyinin_müvəqqəti_işlər_vəkili_İran_xİn_ə_çağırılıb
Avstraliyanın bir sıra yüksək səviyyəli İran rəsmiləri və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra çərşənbə günü bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-05-16T10:33:08+00:00 )
May 16, 2024 14:31 Asia/Baku
  • Avstraliyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Avstraliyanın bir sıra yüksək səviyyəli İran rəsmiləri və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra çərşənbə günü bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean üzrə Dördüncü Departamentinin baş direktoru Avstraliyanın bu qeyri-qanuni və əsassız sanksiyalara dair məsuliyyətsiz addımına İran İslam Respublikasının sərt etirazını avstraliyalı diplomata çatdırıb.

Görüş zamanı iranlı diplomat həmçinin vurğulayıb ki, İran İslam Respublikası bu addıma qarşılıq vermək hüququnu özündə saxlayır.

Avstraliyanın müvəqqəti işlər vəkili də İranın mövqeyini ən qısa zamanda Kanberraya çatdıracağını bildirib.