BRİKS ədalətli dünyanın qurulması üzrə iradənin əsasını təşkil edir
İran xarici işlər nazirinin siyasi müavini BRİKS qrupunu müstəqil ölkələrin maraqlarının təmin edilməsinə və ədalətə söykənən bir dünyanın qurulması üzrə kollektiv beynəlxalq iradənin əsası və aparıcı qüvvəsi adlandırıb.
İran xarici işlər nazirinin siyasi müavini Əli Baqiri-Kəni Tatarıstan Respublikasında təşkil edilən İran-Rusiya əlaqələri yığıncağında deyibdir ki, multilateralizmin ən mühüm vəzifəsi, beynəlxalq münasibətlərdə ədalətin yaradılmasıdır.
İran və Rusiya bu iradəyə malikdirlər və əməldə göstərdilər ki, müxtəlif sahələrdə əməkdaşlıqla müstəqil ölkələr arasında ədalətə söykənən münasibətlər qurmaq niyyətindədirlər- deyə, Baqiri vurğulayıb.
O, əlavə edib: Tehran və Moskva bu gün belə bir zəmində danışırlar və bu əsasda iki ölkənin böyük iş adamları, xüsusən özəl sektorun iqtisadi fəalları və hakimiyyətdə məsuliyyətə malik olan iqtisadi və ticari iş adamlarının çiyinlərinə böyük vəzifələr düşür.
Digər müstəqil ölkələr üçün iştirak zəmininin yaradılması zərurətinə toxunan İran xarici işlər nazirinin siyasi müavini deyib: Bu əsasda, Braziliya, Cənubi Afrika və Hindistan da daxil olmaqla başqa ölkələrin/ İran və Rusiyanın təqib etdikləri bu məntiqi yanaşmada iştirak etdirilmələri/ ədalət və həmkarlığa söykənən beynəlxalq infrastruktur ola bilər. Belə bir yanaşmanın perspektivi, digər ölkələr və xalqlar üçün rifah, asayiş və sülh olacaq.
Yenidən Rusiya prezidenti seçilməsi münasibətilə Vladimir Putini təbrik edən İran xarici işlər nazirinin siyasi müavini/ cənab Putinin yeni prezidentlik dövründə İranla Rusiya arasında anlaşmaya söykənən dostcasına və hərtərəfli münasibətlərin inkişafı və yüksəlişinin şahidi olacağımıza ümid etdiyini bildirib.
İran xarici işlər nazirinin siyasi müavini iki ölkənin BRİKS də daxil olmaqla çoxtərəfli mexanizmlər çərçivəsindəki əməkdaşlıqlarını/ İran-Rusiya münasibətlərinin gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində iki ölkənin yüksək səviyyəli rəsmilərinin hədəflərinin reallaşmasının mühüm vasitələrindən biri adlandırıb.