May 18, 2024 20:09 Asia/Baku
  • İran və Rusiya ABŞ-ın sanksiyalarını fürsətə çeviriblər

İran İslam Respublikası xarici işlər nazirinin müavini «Rusiya-İslam Dünyası» adlı konfransda bildiribdir ki, Tehran və Moskva başçılarının aqilliklərilə Amerikanın sanksiyaları misilsiz fürsətlərə çevriliblər.

Rusiyada səfərdə olan İran xarici işlər nazirinin müavini Əli Baqiri-Kəni dünən axşam sözügedən konfransda belə deyib: Rusiya və İran Amerikanın sanksiyalarını nəinki özləri, həm də bütün region üçün yeni fürsətlərə cevirməyə müvəffəq olublar.

Baqiri əlavə edib: Amerika region ölkələrini, xüsusən İran İslam Respublikası ilə Rusiyanı hədələyir ki, bu iki ölkəyə təzyiq göstərmək üçün hər iki ölkəyə qarşı qanunsuz sanksiyalarını davam etdirəcək. Amma İran və Rusiya başçılarının aqillikləri ilə sanksiyalar təkcə iki ölkə üçün deyil, həm də başqaları üçün fürsətə çevrilib.

«Rusiya- İslam Dünyası» konfransı mayın on dördündən on doqquzunadək Rusiyanın Tatarıstan muxtar respublikasının Kazan şəhərində keçirilməkdədir.