İran və Azərbaycan arasında birgə bəndin siyasi əhəmiyyəti
Rəisi hökumətinin yaxın qonşuluq siyasəti öz bəhrəsini verməkdədir
Şərqi Azərbaycan valisi İran və Azərbaycanın nəhəng birgə bənd layihəsinə toxunaraq bildirib ki, bu cür müştərək layihələrin icrası “qonşularla hərtərəfli qarşılıqlı əlaqə qurmaq” siyasətinin təcəssümüdür.
Malik Rəhməti Təbriz-də Təsnim Xəbər Agentliyinin müxbiri ilə müsahibədə İran və Azərbaycan prezidentlərinin iştirakı ilə Qız Qalası hidroqovşağının istifadəyə verilməsinə işarə edərək deyib: “Bu layihə iranlı mühəndislərin gücü və biliyi ilə hazırlanıb və Qız Qalası bəndinin istifadəyə verilməsi ilə Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində 74 min hektar kənd təsərrüfatı sahəsi su ilə təmin olunacaq”.
Valinin sözlərinə görə, İran-Azərbaycan əməkdaşlıq sazişi əsasında müştərək elektrik stansiyasının tikinti bu layihənin digər üstünlüklərindən biridir və regionda elektrik enerjisinin istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaqdır.