Əliəkbər Mehrabiyan: Qız Qalası bəndi İran və Azərbaycan xalqları arasında dostluq rəmzidir
https://azeri.sahartv.ir/news/İran-i411270-Əliəkbər_mehrabiyan_qız_qalası_bəndi_İran_və_azərbaycan_xalqları_arasında_dostluq_rəmzidir
İranın energetika naziri Qız Qalası bəndini İran və Azərbaycan xalqları arasında dostluq rəmzi olaraq xarakterizə edib.
(last modified 2024-05-19T06:05:02+00:00 )
May 19, 2024 10:02 Asia/Baku
  • Əliəkbər Mehrabiyan: Qız Qalası bəndi İran və Azərbaycan xalqları arasında dostluq rəmzidir

İranın energetika naziri Qız Qalası bəndini İran və Azərbaycan xalqları arasında dostluq rəmzi olaraq xarakterizə edib.

Əliəkbər Mehrabiyan İranın dövlət televiziyasının 1-ci kanalına müsahibəsində bildirib ki, əvvəlki illərdə İran və Azərbaycan arasında birgə istismar üçün Araz və Xudafərin bəndləri tikilib istifadəyə verilib, indi isə Qız Qalası bəndi inşa olunub.

Tacının uzunluğu 834 metr olan bu bəndin qazıntı işləri 6 milyon kubmetrdən çox torpaq, bəndbərkitmə əməliyyatı 2,1 milyon kubmetrdən çox torpaq, bəndin beton işləri isə təxminən yarım milyon kubmetr beton təşkil edir.