Prezident boşluğu yaranarsa onun səlahiyyətlərini kim həyata keçirməlidir?
İran İslam Respublikası konstitusiyasının 131-ci maddəsi:
Prezidentin dünyasını dəyişməsi, vəzifədən kənarlaşdırılması, istefa verməsi, iki aydan çox müddət üçün yoxluğu və xəstəliyi, yaxud vəzifə müddətinin sona çatmasına baxmayaraq müəyyən maneələr ücbatından yeni prezidentin hələ seçilməməsi yaxud bu kimi digər durumların yaranması təqdirdə rəhbər ilə razılaşdırılaraq prezidentin birinci müavini prezidentin səlahiyyətlərini yerinə yetirir və parlamentin sədri, məhkəmə hakimiyyətinin sədri və prezidentin birinci müavinindən ibarət bir şura maksimum əlli gün müddətində növbəti prezidentin seçilməsinə şərait yaratmalıdır. Prezidentin birinci müavininin dünyasını dəyişməsi yaxud onun bu səlahiyyəti yerinə yetirməsinə mane olan hərhansı səbəbin yaranması eləcə də prezidentin birinci müavinə malik olmadığı təqdirdə rəhbər başqa bir şəxsi onun yerinə təyin edir.