May 22, 2024 20:19 Asia/Baku
  • Dövlət şəhidlərinin dəfn mərasimi çərçivəsində kimlər Ali Məqamlı Rəhbərlə görüşdülər

HƏMAS-ın siyasi ofisinin rəhbəri, Ermənistanın baş naziri və İraqın baş naziri İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşərək, xalqları və hökumətləri adından o, Həzrətə başsağlığı veriblər.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə görüşdə Ali Məqamlı Rəhbər Fələstin xalqına, xüsusən də Qəzzə xalqına həmrəylik və başsağlığı ifadə etmələrinə görə təşəkkür edib, cənab Həniyyənin övladlarının şəhadətini həm təbrik edib və başsağlığı verib və HƏMAS Hərəkatının iyasi Bürosunun rəhbərinin səbrini yüksək qiymətləndirib. 

Həzrət Ayətullahül-üzma Xamenei İsrailin məhv edilməsi ilə bağlı ilahi vədin mütləq yerinə yetəcəyini vurğulayaraq, Qəzzə xalqının göstərdiyi və dünyanı heyrətə gətirən fövqəladə müqavimətə toxunaraq, deyib: “Kim inanardı ki, bir gün Amerika universitetlərində Fələstin xalqının xeyrinə şüarlar qaldırılacaq və Fələsrtin bayraqları dalğalandırılacaq. Kim inanırdı ki, bir gün Yaponiyada Fələstinə dəstək nümayişləri zamanı fars dilində “İsrailə ölüm” şüarı səsləndirəcək.

"Gələcəkdə də Fələstin məsələsi ilə bağlı bu gün inanılmaz olan hadisələr baş verə bilər", - deyə o, Həzrət vurğulayıblar.

Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: “İndi Allahın Fələstin xalqına verdiyi ilk vədi yerinə yetib, bu Qəzzə xalqının qələbəsidir. Hansı ki,  Amerika, NATO, İngiltərə və bəzi digər böyük və güclü dövlətlər qarşısında kiçik bir qrupdurlar. Bu əsasda sionist rejimin Yer üzündən silinməsi və məhvi olan ikinci vəd də yerinə yetə bilər və Allahın lütfü ilə Fələstinin dənizdən çaya qədər formalaşacağı gün gələcək”.

Ali Məqamlı Rəhbər qeyd ediblər ki, Konstitusiyaya uyğun olaraq, ölkənin icra işlərini cənab Müxbir üzərinə götürüb və mərhum prezidentin Fələstinə dair siyasət və istiqamətlərini eyni motivasiya və ruhla davam etdirəcək.

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə də Fələstin dövləti və xalqı adından İran İslam Respublikası prezidenti və xarici işlər naziri eləcə də digər rəsmilərin şəhadəti ilə əlaqədar Həzrət Ayətullahül-üzma Xameneiyə və İran xalqına başsağlığı verib.

İran İslam Respublikasının mərhum prezidenti doktor Rəisinin anım mərasimində iştirak etmək üçün bir saat əvvəl ölkəyə gələn Ermənistanın baş naziri cənab Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti də İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşüb və ölkəsinin hökuməti və xalqı adından İslam İnqilabının Rəhbərinə və İran xalqına başsağlığı verib.

Bu görüşdə Həzrət Ayətullahül-üzma  Xamenei Ermənistanın baş nazirinin göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirərək, İran və Ermənistan arasında tarixi-coğrafi ortaqlıqlara və ortaq maraqlara diqqət çəkərək, deyiblər: “İran İslam Respublikasının Ermənistanla əlaqələri genişləndirməyə yönəlmiş siyasəti cənab Müxbirin nəzarəti altında davam etdiriləcək".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ermənistanın baş nazirinin iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını vurğulamasına işarə edərək, əlavə ediblər : "Əməkdaşlığın genişləndirilməsinə təkid etməyim əlaqələrin strateji xarakterinə dəlalət edir, lakin mühüm olan odur ki, İran və Ermənistan arasında əlaqələrə qarşı olanlar var və bunun əsasında iki ölkə arasında müvafiq məsələlər diqqətlə həll edilməlidir".

Həzrət Ayətullahül-üzma Xamenei qeyd ediblər: "Mərhum prezidentimiz Ermənistanın sərhədləri ilə bağlı məsələlərə və bu məsələ ətrafında baş verən hadisələrə çox həssas yanaşırdı və bu həssaslıqlar nəzərə alınmalıdır və biz öz maraqlarımızı təmin etməyi bacarmalıyıq".

Ermənistanın baş naziri cənab Nikol Paşinyan da bu görüşdə deyib: "Biz İran prezidentinin və xarici işlər nazirinin və onları müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması xəbərini eşidəndə şoka düşdük və heyrətdəyik. Amma Zati-alinizin vurğuladığı kimi, əminik ki, Sizin rəhbərliyiniz və yol göstərmələriniz sayəsində İranın işlərində heç bir xələl olmayacaq".

Mərhum prezident Seyid İbrahim Rəisinin anım mərasimində İştirak etmək üçün İrana gələn İraqın baş naziri Məhəmməd Şia Əs-Sudani də bu gün günortadan əvvəl İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşüb və bu ölkənin hökuməti və xalqı adından Həzrət Ayətullahül-üzma Xameneiyə və İran xalqına başsağlığı verib.

Bu görüşdə Ali Məqamlı Rəhbər İraqın baş nazirinin başsağlığı vermək üçün Tehrana səfərini yüksək qiymətləndirib və deyib: "Biz görkəmli bir şəxsiyyəti itirdik. Cənab prezident çox yaxşı qardaş və layiqli, bacarıqlı, səmimi və ciddi bir rəsmi idi". 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə ediblər: "İndi cənab Möxbir Konstitusiya əsasında ağır bir məsuliyyəti öz üzərinə götürüb və Allahın izni ilə İraq hökuməti ilə eyni əməkdaşlıq və anlaşma yolunu davam etdirəcək".

Şia Əs-Sudani də bu görüşdə İslam İnqilabının Rəhbərinə xitabən deyib: "İraq hökuməti və xalqının İran hökuməti və millətinə kədərini və başsağlığını bildirim bu təsirləndirici şəraitdə sizinlə görüşə gədim. İranın şəhid prezidenti cənab Rəisidən gördüklərimiz dürüstlük, ixlas, paklıq, zəhmət və xalqa xidmətdən başqa bir şey deyildi”.

İraqın baş naziri həmçinin İranın şəhid prezidentinin vida mərasimində milyonlarla insanın iştirakına işarə edərək, deyib: "Bu gün televiziyada gördüyüm görüntülərdə aydın mesajlar var idi ki, onların ən mühüm mesajı bütün təzyiqlərə, sanksiyalara və bu xoşagəlməz hadisəyə baxmayaraq, İslam Respublikasında xalqla hakimiyyət arasındakı möhkəm əlaqələrin dərinliyidir".

Sudani vurğulayıb: "Milyonlarla insanın vida mərasimində iştirakının başqa bir mesajı budur ki, biz insanlara xidmət etməliyik və bu möhtəşəm vida mərasimi xalqa xidmətin nəticəsidir və bu dərs İraqda bizim əsas prioritetimiz olmalıdır."

Teqlər