İran Fələstin xalqına dəstəyini davam etdirəcək
Baqiri: Müqavimət sionist rejimi alçaltdı
İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri şəhid Ayətullah Rəisi və Əmir-Abdullahiyanın Fələstin xalqının hüquqlarının dəstəklənməsində prinsipial səylər göstərdiklərini bəyan edib.
Tehranda Fələstin müqavimət qruplarının liderləri ilə görüşündə bu məqama toxunan iranlı rəsmi qeyd edib ki, Müqavimət sionist rejimi meydanda nəinki alçaltdı, həm də bu rejim son 75 ildə siyasi, hüquqi və qlobal ümumi diplomatiya sahələrində ən misli görünməmiş uğursuzluğunu yaşayır.
Bu görüşdə Fələstinin müqavimət liderləri şəhid Əmir-Abdullahiyanın xatirəsini ehtiramla yad ediblər, onun regional və beynəlxalq toplantı və qurumlarda Fələstin xalqının hüquqlarının müdafiəsində xüsusi səy və fəaliyyətinə toxunublar, şəhid Əmir-Abdullahiyanın Ərəb və İslam ölkələri ilə əlaqə körpülərinin yaradılması və möhkəmləndirilməsində göstərdiyi səyləri yüksək qiymətləndiriblər.