May 25, 2024 16:44 Asia/Baku
  • İnqilab Rəhbəri: Şəhidlərin əzəmətli müşayiəti göstərdi ki, İran xalqı yaşayır

İslam İnqilabının Böyük Rəhbəri xidmət şəhidlərinin ailələri ilə görüşdə belə söyləyiblər: Şəhidlərin əzəmətli müşayiəti göstərdi ki, İran xalqı yaşayır.

Xalq üçün iş görmək, xalqa xidmət göstərmək və xəlqi olmaq, son hadisə şəhidlərinin ən bariz xüsusiyyətlərindəndir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər xidmət şəhidlərinin ailələrilə görüşdə xalq üçün işləmək, xalqa xidmət göstərmək və xəlqi olmağı, son hadisə şəhidlərinin ən bariz xüsusiyyətlərindən adlandırıb və bildiriblər ki, mərhum şəhid Rəisi gecə-gündüz bilməzdi və sözün əsl mənasında yorulmaz idi.

Bu şəhidlərin ailələrinə başsağlığı verən İnqilab Rəhbəri mərhum şəhid Əmir-Abdullahiyanı yorulmaz şəxs adlandırıb və belə əlavə ediblər: Cənab Rəisi və cənab Əmir-Abdullahiyanın daxili və xarici cəbhələrdəki səyləri və xidmətlərinin şərhi uzun və ətraflı bir hekayətdir.

Həzrət Ayətullahuluzma Xamenei şəhid Ali-Haşim barədəki qabarıq cəhətlərdən birini, onun cümə namazının mənasının dəyişməsi adlandırıblar. Qeyd ediblər ki: Mərhum Ali-Haşim Təbrizin imamcüməsi təyin edilən zamandan bəri bu namazı sırf ibadət namazı əməlindən əhatəli ibadət, mənəviyyat, xidmət və xəlqi bir əmələ çevirdi.

O həzrət xalq üçün iş görmək və səy göstərməyi şəhid Musəvi, şəhid Rəhməti və ekipaj üzvlərinin yüksək özəlliklərindən adlandırıb və vurğulayıblar ki: Elə bu əhval-ruhiyyə və xüusiyyətlər Allahın onları İran xalqının başıucalığı mənbəyi etməsinə səbəb oldu.

Xalqın bu şəhidlərin Təbriz, Qum, Tehran, Şəhre-Rey, Bircənd, Məşhəd, Marağa, Zəncan və Nəcəfabadda keçirilən müşayiət mərasimlərindəki hərəkəti və fəaliyyətinə toxunan İnqilab Rəhbəri bildiriblər: Bu əzəmətli müşayiət göstərdi ki, İran xalqı yaşayır.

Düşmənlərin/ xalqın İran İslam Respublikasından ayrılmasına dair təbliğat və iddialarına işarə edən Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bu hadisə dünya xalqlarının gözləri qarşısında və əməldə sübut etdi ki, İran xalqı ölkə prezidentinə və inqilab şüarlarının təcəssümü olan insanlara necə vurğun və vəfalıdır.

 

 

 

Teqlər