May 26, 2024 10:09 Asia/Baku
  • İran növbədənkənar prezident seçkilərinə hazırlaşır

Prezidentliyinə namizədlərin siyahısı iyunun 11-də açıqlanacaq

Tehran əyalətinin Seçki Qərargahının katibi Seyid Abbas Cohəri bu barədə deyib ki, namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək.

İran rəsmisinin sözlərinə görə, növbədənkənar prezident seçkiləri 28 iyuna təyin edilib.