May 30, 2024 17:42 Asia/Baku
  • Şahin Mustafayev və Mehrdad Bəzrpaş arasında telefon danışığı olub

İran İslam Respublikası və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının sədrləri cənab Mehrdad Bəzrpaş və cənab Şahin Mustafayev arasında telefon danışığı olub.

Azərbaycan tərəfinin xahişi ilə keçirilən bu söhbətdə cənab Şahin Mustafayev İran prezidenti, xarici işlər naziri və digər həmkarların baş vermiş qəzada həlak olması ilə bağlı başsağlığı verərək “Bu əzizlər təkcə İrana deyil, bütün dost və müsəlman ölkələrinə məxsus idi”-deyib.

Cənab Mehrdad Bəzrpaş bu danışıqda Azərbaycan Prezidentinin İran İslam Respublikasının Bakıdakı səfirliyində olduğuna və xatirə dəftərində qeydinə və habelə Azərbaycan nümayəndə heyətinin Tehranda keçirilən Prezidentin dəfn mərasimində iştirakına görə öz təşəkkürünü bildirmiş və mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmışlar.

Tərəflər, aparılmış bu danışıqda həmçinin iki ölkə prezidentlərinin “Qız qalası” hidroqovşağının açılış mərasimində əldə olunan razılaşmaların həyata keçirilməsini də vurğulayıblar.

Sonda cənab Mustafayev bildirib ki, İran xalqı böyük xalqdır və bu hadisə çox acı olsa da, İran xalqı bunun öhdəsindən gələcəkdir.