İyun 02, 2024 14:28 Asia/Baku
  • İran prezidentliyi uğrunda iddalılar rəqabətə hazırlaşır

İranda prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı dördüncü günündə də davam edir

Qeydiyyatın üçüncü günü, yəni iyunun 1-nə kimi 14-cü prezident seçkilərində iştirak etmək üçün 8-i qadın, 72-si kişi olmaqla, ümumilikdə 80 namizəd seçki qərargahına müraciət ediblər. Lakin, prezident postu üçün səlahiyyətli və qeydə alınmış namizədlərin ümumi sayı indiyədək 27 namizədə çatıb.

Namizədlərin qeydiyyatının dördüncü günündə daha on nəfər öz adını rəqabət siyahısına yazdırıb. Onların arasında eks-prezident Mahmud Əhmədinejad da var.

Qeyd edək ki, 30 may, cümə axşamı səhər saat 8:00-dan etibarən İran Seçki Komissiyası 14-cü prezident seçkilərinə namizədlərinin qeydiyyatına start verib. Bildirilir ki, Namizədlər beş gün ərzində, yəni iyunun 3-dək hər gün səhər saat 8:00-dan axşam saat 18:00-dək ölkənin seçki komissiyasına gələrək bu seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməlidir.Bu beş günlük fürsət başa çatdıqdan sonra Nəzarət Şurası 4 iyundan etibarən yeddi gün əzrində namizədləri nəzərdən keçirəcək və nəhayət 11 iyun ölkənin Daxili İşlər Nazirliyinə uyğun namizədlərin adlarını elan edəcəkdir.