İyun 04, 2024 16:47 Asia/Baku
  • “15 Xordad” İran xalqının başlatdığı böyük İslam hərəkatı günüdür

1963-cü ilin bu günü və şəmsi tarixlə Xordad ayının 15-i İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r) başlatdığı tarixi qiyamının ildönümünə təsadüf edir.

1963-cü il iyun ayının 4-də baş verən qiyam İslam İnqilabı tarixində dönüş nöqtəsi və İran xalqının başlatdığı islami hərəkatın həlledici günü olaraq yaddaşlarda qalıb.

Pəhləvi rejiminin qüvvələri həmin gün Qum şəhərinin məşhur “Fəyziyyə” ali-dini hövzəsində İmam Xomeyninin (r) tufanlı çıxışından sonra acı hadisə baş verdi. Rejim qüvvələri İmamın evinə basqın edərək onu həbs etdilər.

İmam Xomeyni (r.ə) Aşura günü Qumun “Fəyziyyə” ali-dini hövzəsində etdiyi təsirli çıxışında Pəhləvi rejiminin cinayətlərini və şahın İsrail rejimi ilə əlaqələrini faş etmişdi.

İmam Xomeyninin (r) həbsindən sonra İranın müxtəlif şəhərlərində xalq şah rejiminə qarşı kütləvi nümayişlərə başladı.

Bu etirazlar zamanı rejimin təhlükəsizlik qüvvələri, “Fəyziyyə” hövzəsinə vəhşicəsinə hücum edərək, çoxlu sayda insanları şəhid etmiş və yaralamışdır. Bu basqında xeyli sayda tələbə və ruhanilər və bir çox din xadimləri də həbs edilmişdi.

Bu tarixi qiyam İslam hərəkatının Pəhləvi rejiminin avtoritar quruculuğuna qarşı dirənişinin başlanğıcı oldu və İslam inqilabının amalları, siyasi və ictimai prinsiplərinin formalaşması üçün əlverişli şərait yaratmış oldu.

İran İslam Respublikasının böyük banisi İmam Xomeyni (r) 1963-cü il 4 iyunda şah rejiminin avtokratik rejiminə qarşı siyasi hərəkatı özünün son mərhələsinə çatdı və on ildən çox davam edən sürgün bu illərin acı hadisələri kimi yaddaşlarda qaldı.

İmam Xomeyni (r) hərəkatı 1963-cü ildə başladı və 1979-cu ildə İran İslam İnqilabının quruculuğu ilə qələbə qazandı və “15 Xordad” qiyamı bu İslami hərəkatın uğurlu qələbəsində olduqca təsir edici və parlaq rol oynamış oldu.