Kənani: Sionist rejimin cinayətlərinə qarşı susanların rüsvayçılığı tarixə düşəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İsrail rejiminin tərəfdarları, eləcə də bütün bu cinayətlər qarşısında səssiz qalanların rüsvayçılığı və alınlarındakı ləkə əbədi olaraq, tarixə düşəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani özünün sosial şəbəkələrdəki hesabında yazıb: "Gündəlik qırğınlardan, bütün xəstəxanaların dağıdılması, dərman və tibbi avadanlıqların çatışmazlığı, ciddi ərzaq və yanacaq çatışmazlığı, Qəzzə zolağında elektrik generatorlarının sıradan çıxmasından əlavə, demək olar ki, su təchizatının kəsilməsi, xüsusilə son dərəcə isti havada hazırda Qəzzə sakinlərin digər problemlərinə əlavə olunub".
Kənani əlavə edib: Şübhəsiz ki, məzlum, lakin müqavimət göstərən Fələstin xalqı çoxsaylı və ürək ağrıdan ağrı və iztirablara baxmayaraq cinayətkar İsrail rejimini diz çökdürəcək və təslim olmaq və məğlubiyyət köksüz işğalçıların qaçılmaz taleyidir. Lakin rejim tərəfdarları və bütün bu cinayətlər qarşısında səssiz qalanların rüsvayçılığı və alınlarındakı ləkə əbədi olaraq, tarixə düşəcək.
Oktyabrın 7-dən bəri İsrailin Qəzzəyə qarşı apardığı müharibədə ən azı 36 min 595 fələstinli şəhid olub, 82 min 959 nəfər isə yaralanıb.
Həmçinin, son 24 saat ərzində sionist rejimin Qəzzəyə endirdiyi zərbələr nəticəsində ən azı 75 fələstinli şəhid olub.