İyun 15, 2024 17:10 Asia/Baku
  • İnqilabın Rəhbəri: “Çalışın seçkilər geniş şəkildə keçirilsin”

Beynəlxalaq elm və intellektual müsabiqə qaliblərindən ibarət bir qrup gənc İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul Uzma Xameneinin görüşündə olublar.

 SəhərAzəri-nin məlumatına əsasən, Müəzzəm Rəhbər ölkənin sayılıb seçilmiş gəncləri ilə görüşündə qarşıdan gələn prezident seçkilərdə iştiarkın əhəmiyyətinə toxunaraq buyurublar ki, sizlər istər tələbə, istər iş mühiti və istərsə də ailədə insanların seçkidə iştirakı üçün bacardığınız qədər çalışmalısınız.

  “Sizlər baxın görün nələr bu inqilabın meyarlarına daha yaxındır və bu meyarlarda işləmək bacarığı nədən ibarətdir, əgər bunları nəzərə alsanız, daha layiqli seçim edə bilərsiniz”-İnqilab Rəhbəri əlavə edib.

  “Uca Tanrı bu ölkə və xalq üçün xeyirli olanı asanlıqla və dərdsiz-bəlasız qismət edəcəyinə ümid etdiyini deyən İnqilab Rəhbəri qeyd edib ki, ölkəmiz 2001-ci ildən geniş elmi hərəkata, tərəqqiyə doğru, irəliləyib və bu ondan sonra da davam etdi. Beləliklə, dünya üzrə statistik göstəricilərdə, biz elmi tərəqqidə qazandığımız sürətə görə orta göstəricidən bir neçə dəfə öndə durduq.

  Həzrət Ayətullah Uzma Xamenei daha sonra buyurublar ki, əlbəttə, mən dəfələrlə demişəm ki, tərəqqidə sürət vacibdir, lakin, əsas məqam deyil, çünki tərəqqi və inkişafın özü də baş verməlidir.

 “Mənə çatan məlumatda deyilir ki, 2018-20-ci illərdə dünya olimpiadalarında cəmi 26 qızıl medalımız var idisə, 2021-ci və 2022-ci illərdə 30 qızıl medalımız olub, yəni iki ildə daha 4 qızıl medal qazanmışıq. Görünür bu iki-üç ildə bir irəliləyiş olub, amma bu kifayət etmir və daha da yüksəliş lazımdır”-deyə İnqilab Rəhbəri sözünə davam edib.

 

Teqlər