Ali Rəhbər: “İnşaAllah, əziz xalqımız səs verəcək və ən yaxşısını seçəcək”
Bu gün iyulun 5-i İran İslam Respublikasının prezident seçkilərinin ikinci tutunun ilkin dəqiqələrinə səs verən İnqilabın Ali Məqamlı Rəhbəri “İnşallah, əziz xalqımız səs verəcək və ən yaxşısını seçəcək”-deyə səsvermə sonrasındakı çıxışında buyurublar.
Həzrət Ayətullahul-Uzma Xamenei İmam Xomeyni (r) hüseyniyyəsində səs verdikdən sonra çıxış edib.
Çıxışına Allaha şükürlə başalayan İnqilab Rəhbəri buyurublar ki, bun gün xalqın iştirak günüdür, bu gün ölkənin mühüm siyasi məsələsində, yəni seçkilərdə insanların iştirak etdiyi gündür, eşitmişəm ki, insanların şövq və istəyi, seçkiyə marağı əvvəlkindən də çoxdur.
O həzrət daha sonra buyurublar ki, İnşallah, əziz xalqımız səs verib, ən yaxşısını seçəcək və adətən bu mərhələdə insanlar daha çox həvəslə iştirak etməlidir, çünki bu işi həll edəcəklər və sabah inşallah prezidentimiz olacaq.
“ Allah xalqı müvəffəq etsin, ölkəni abad etsin və bu yolda zəhmt çəkən hər kəsi Öz lütf və rəhmətində qərar versin”-deyə İmam Xameni sözünün sonunda dua edib.
Qeyd edək ki, ötən cümə günü 14-cü prezident seçkiləri yəni, 28 iyun Məsud Pezeşkian, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf və Mustafa Purməhəmmədi arasında keçirildi.
Lakin namizədlərdən heç biri lazımi kvorumu toplaya bilməmişdi. Həmin seçkidə 24 milyon 535 min 185 səs hesablanmış Məsud Pezeşkian 10,415,991 səs və Səid Cəlili 9 milyon 473 min 298 səslə ikinci tura keçmişlər.