Xalqın seçkilərin boykot edilməsi ilə qarşılaşmadakı hərəkəti parlaq bir işdir
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə seçki sahəsi üzrə bütün namizədlər və fəallara təşəkkürlə, seçilmiş prezidentin/ şəhid Rəisinin yolunun davamında, ölkənin firavan imkanlarından xalqın asayişi və ölkənin inkişafı üçün istifadə etməsinə təkid ediblər.
Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: Əziz və rəhmli Allaha şükürlər olsun ki, onun iradəsi və lütfü ilə böyük İran xalqı şəhid prezidentin itirilməsi üzrə ağır müsibətdən sonra qısa qanuni müddətdə prezident seçkiləri üzrə səhnəni sahmana sala, iki cümə dalbadal sərbəst və şəffaf seçkilər keçirə və bir neçə namizəd arasından səs əksəriyyətilə ölkə prezidentini seçə bildi.
Seçkilərin keçirilməsi üzrə möhtərəm məsul şəxslər lazımi sürət və tam əmanətlə öz vəzifələrini yerinə yetirdilər. Və əziz xalq məsuliyyət hissi keçirməklə meydana gəldi, səmimi və şövqlü bir səhnə yaratdı və səs qutularını iki mərhələdə əlli beş milyondan çox səslə doldurdu.
Bu böyük hərəkət/ İran xalqının düşmənlərinin/ ümidsizliyi və çıxılmazlığı təlqin etmək üçün saldıqları əldəqayırma «seçkilərin boykot edilməsi» üzrə hay-küy ilə qarşılaşmada parlaq və unudulmaz bir işdir və bütün möhtərəm namizədlər və qələbə üçün hər biri/ həftələr boyu gecəli-gündüzlü səy göstərmiş bütün kəslər/ onun fəxri və savabına şərikdirlər.
Hazırda İran xalqı öz prezidentini seçib. Mən xalqı, seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını, xüsusən namizədlərin seçki qərargahlarının şövqlə dolu gənclərini, hamını/ ölkənin günü-gündən inkişaf etməsi və izzəti üçün əməkdaşlığa və xoş düşüncəyə tövsiyə edirəm.
Seçki dövrünün rəqabət rəftarlarının dostluq rəftarlarına çevrilməsi və hər kəsin öz bacarığı həddində ölkənin maddi və mənəvi abadlığı uğrunda səy göstərməsi yerinə düşərdi.
Seçilmiş prezident cənab doktor Pezeşkiyana da tövsiyə edirəm ki, Rəhman Allaha təvəkkül etməklə uca və parlaq üfüqlərə göz diksin və şəhid Rəisinin yolunun davamında/ ölkənin firavan imkanlarından, xüsusən gənc, inqilabçı və mömin insan ehtiyatlarından/ xalqın asayişi və ölkənin inkişafı yiolunda ən çox istifadəni etmiş olsun.