Avq 22, 2024 12:59 Asia/Baku
  • Müdirlər və şəxslərin təyini dostluq əsasında olmayacaq

İran prezidenti deyib: Ölkənin icra orqanlarının müxtəlif bölmələrinin müdiriyyəti və müavinliklər üçün təqdim olunan şəxslər etnosu, cinsiyyəti və məzhəbindən asılı olmayaraq, sırf olaraq, qabiliyyət, ləyaqət və iri sənədlərin icrasına öhdəlik əsasında seçiləcək və təyin ediləcəklər.

Məsud Pezeşkiyan dünən axşam/ təqdim olunmuş nazirlərin İslam Şurası Məclisindən etimad səsi qazanmalarından sonra 14-cü nazirlər kabinetinin keçirilən ilk iclasında bütün nazirləri təbrik edib və onlara uğurlar diləyib. Pezeşkiyan həmçinin həmrəylik, yekdillik və öz qəti səslərilə dövlətin tam tərkiblə ciddi şəkildə işə başlamasına zəmin yaratdıqlarına görə, İslam Şurası Məclisinin rəyasət heyətinə və məclisin bütün üzvlərinə təşəkkür edib.

İran prezidenti nazirlər kabinetinin üzvləri, həmçinin dövlətlə məclis və quruluşun digər orqanları arasındakı bu həmrəylik və birliyin ölkə problemlərinin aradan qaldırılmasına bir zəmin olacağına ümid etdiyini bildirib.

Nazirliklər də daxil olmaqla hər bir orqanın proqram qanunu, külli siyasəti və perspektiv sənədinin icrası ilə əlaqədar məsuliyyətinin tərif olunması ilə bağlı addımlara toxunan İran prezidenti/ nazirlər kabinetinin növbəti iclasınadək hər bir nazirə aid olan bölmənin vəzifə və məsuliyyətlərinin işlənib hazırlanacağı və təqdim ediləcəyini bildirib.

 

Teqlər