Sen 30, 2024 11:47 Asia/Baku
  • İranın İslami Müqavimətə dəstəyi sarsılmazdır

Pezeşkiyan: Sionist rejimin cinayətləri cavabsız qalmayacaq

İran İslam Respublikasının prezidenti sionist rejimin cinayətlərinin qəbuledilməz olduğunu və cavabsız qalmayacağını bəyan edib.

Məsud Pezeşkiyan hökumətin iclasında etdiyi çıxışında vurğulayıb: “Bu cinayətkar namərdlərə qətiyyətli cavab zəruridir. Tarixi təcrübəyə əsasən, azadlıq və oyanış hərəkatları onların adamlarının və şəxsiyyətlərinin terror edilməsi ilə aradan qalxmır, onlarla başqa insanlar ədalət bayrağını qaldırmağa hazırdırlar”.

Prezident Livan Hizbullah Hərəkatının baş katibi, böyük mücahid Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı qeyd edib: “Belə bir cinayət bir daha sübut etdi ki, bu cinayətkar rejim heç bir beynəlxalq qayda-qanunlara əməl etmir. İranın şəhid Həniyyənin terror edilməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri rəhbərlərinin iddiaları tamamilə yalan çıxdı. Belə cinayətkarlara fürsət verilməsi onları daha çox cinayət törətməyə cürətləndirəcək”.

Pezeşkiyan çıxışının davamında söyləyib ki, livanlı mübarizləri və mücahidləri bu döyüşdə tək buraxmaq olmaz. Çünki əks-təqdirdə bu qəddar rejim növbə ilə müqavimət mehvərinin ölkələrinə təcavüz edəcək, günahsız qadın və uşaqları qətlə yetirəcək.

O, sionist rejimin bölgədəki vəhşilikləri qarşısında Ərəb və İslam ölkələrinin ağır məsuliyyət daşıdığını vurğulayaraq deyib: “İslam ölkələri bu rejimin cinayətkarlığına biganə qalmamalıdır. Çünki bu gün dünyada müharibənin, təhlükənin, qətlin əsas cinayətkarının və səbəbkarının kim olduğu bütün dünya insanlarına sübut olunub”.

Prezident həmçinin Qərb mediasının sionist rejimin açıq-aşkar terrorizminə qarşı ikili davranışını kəskin tənqid atəşinə tutub.

 

Teqlər