İran İslam Respublikasının prezidenti Doğru Vəd – 2 əməliyyatına münasibət bildirdi
https://azeri.sahartv.ir/news/İran-i414964-İran_İslam_respublikasının_prezidenti_doğru_vəd_2_əməliyyatına_münasibət_bildirdi
Pezeşkiyan: Netanyahu bilsin ki, bu, gücümüzün yalnız kiçik bir hissəsidir
(last modified 2024-10-02T01:52:45+00:00 )
Okt 02, 2024 05:50 Asia/Baku
  • İran İslam Respublikasının prezidenti Doğru Vəd – 2 əməliyyatına münasibət bildirdi

Pezeşkiyan: Netanyahu bilsin ki, bu, gücümüzün yalnız kiçik bir hissəsidir

İran İslam Respublikasının prezidenti Doğru Vəd – 2 əməliyyatına münasibət bildirib.

Məsud Pezeşkiyan X sosial şəbəkəsindəki hesabında yazıb: “Netanyahu bilməlidir ki, İran müharibəpərəst deyil, lakin istənilən təhlükənin qarşısında qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”.

Prezident qeyd edib ki, qanuni hüquqlara əsaslanaraq, İran və region üçün sülh və təhlükəsizlik məqsədi ilə sionist rejimin təcavüzünə qəti cavab verildi. Bu hərəkət İranın maraqları və vətəndaşlarının müdafiəsi üçün idi.