İran parlamentinin spiker Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i415225-İran_parlamentinin_spiker_düşənbədə_tacikistanlı_həmkarı_ilə_görüşüb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tacikistana səfəri çərçivəsində cümə axşamı tacikistanlı həmkarı Rüstəm İmoməli ilə görüşüb.
(last modified 2024-10-10T08:11:10+00:00 )
Okt 10, 2024 12:09 Asia/Baku
  • İran parlamentinin spiker Düşənbədə tacikistanlı həmkarı ilə görüşüb

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tacikistana səfəri çərçivəsində cümə axşamı tacikistanlı həmkarı Rüstəm İmoməli ilə görüşüb.

Məhəmməd Baqir Qalibaf Tacikistan Respublikası Konstitusiyasının təsdiqinin 30-cu ildönümünə həsr olunmuş konfransda iştirak etmək üçün çərşənbə günü axşam Tehrandan Düşənbəyə yola düşüb.

İran və Tacikistan arasında əməkdaşlıq və ticarət mübadiləsinin artırılması,  parlament əlaqələrinin möhkəmləndirilməsi, mədəni və siyasi əməkdaşlığın asanlaşdırılması iki ölkənin parlament nümayəndə heyətləri arasında aparılan danışıqlarda nəzərdən keçiriləcək.