İran və Oman birgə dəniz təlimi keçirib
İran və Omanın hərbi dəniz qüvvələri Hörmüz boğazında birgə təlim keçirib.
Dənizdə birgə xilasetmə təlimi Omanın ev sahibliyi ilə İran ordusu və İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın və Oman krallığının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri və esmineslərinin iştirakı ilə Hind okeanının şimalında və Hörmüz boğazının sularında keçirilib.
Bu təlim İran və Oman Sultanlığının müştərək hərbi dostluq komissiyalarında döyüş hazırlığının artırılması və dəniz təhlükəsizliyi ssenariləri ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsi məqsədilə, Oman Hərbi Dəniz Qüvvələrinin suüstü və uçuş döyüş bölmələrinin və İranın “Cəmaran” esminesinin, SEPAH Hərbi Dəniz Qüvvələrinin iki döyüş gəmisinin və İran Ordusunun raket atan gəmisinin iştirakı ilə keçirilib.
Birgə təlim "Dağ Şahinləri-1" adlandırılıb.
Bu təlimdə İranın “Cəmaran” esminesinin, SEPAH Hərbi Dəniz Qüvvələrinin digər suüstü döyüş bölmələri ilə birgə effektiv iştirakı dəniz müdafiə avadanlığı sahəsində İranın özünü təmin etdiyini göstərdi.