General Səlami:"ABŞ rəftarını dəyişməzsə məhvə doğru gedəcək"
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı deyib: "Biz bu gün Amerikanı ardıcıl məğlubiyyətləri ilə tanıyırıq. Bu ölkə artıq müharibələrdə uğur qazana bilmir. Amerika bu gün öz siyasi qürubunu tamaşa edir və Amerikanın məhvi və dağılması İslam ümmətinin iradəsidir.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Səlami 13 Aban İranda "Tələbələr Günü" və "İmperializm ilə Milli Mübarizə Günü" münasibətilə keçikrilən mərasimdə Amerikanın dünyada ziddiyyətli bir kimlik olduğunu bəyan edərək, deyib: "Amerika qlobal sülh və təhlükəsizlik və qlobal nizamdan danışır, halbuki bütün cinayətlərin, qırğınların, soyqırımların, işğalların mənşəyi Amerikadır. Biz Amerikanın Xirosima və Naqasakiyə atdığı atom bombaları ilə tanıyırıq. Hansı ki, bir anda 100 mindən çox insanın həyatına son qoydu.
General-mayor Səlami vurğulayıb: Biz Amerikanı 1949-cu il və 1953-cü ildəki dövlət çevrilişləri ilə tanıyırıq. Hansı ki, İslam İnqilabından öncəyə qədər ABŞ-ın İranda hərbi, siyasi və iqtisadi hegemonluğuna səbəb oldu. O, Amerikanın İran xalqını təslim edə bilmədiyini və İran xalqının Amerikanı uğursuzluğa düçar etdiyini bildirib.