Sionist rejimin kütləvi qırğın silahları olmayan bölgənin yaradılmasına qarşı çıxması təəssüf doğurur
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildiribdir ki, hazırkı beynəlxalq mənzərə, xüsusən də İsrail rejiminin soyqırım müharibəsi, Yaxın Şərqdə kütləvi qırğın silahları olmayan bölgənin dərhal yaradılmasını zəruri edir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla bazar ertəsi günü nüvə silahları və digər kütləvi qırğın silahları olmayan bölgənin yaradılması konfransının beşinci iclasında əlavə edib: Təəssüfləndirici haldır ki, İsrail rejiminin/ İran tərəfindən 1974-cü ildə təklif olunmuş «Yaxın Şərqdə kütləvi qırğın silahları olmayan bölgənin yaradılması» planı üzrə davamlı beynəlxalq tələblərlə qanunsuz şəkildə müxalifət etməsi, on illər boyu davam edibdir.
İran İslam Respublikasının BMT-dəki baş diplomatı sonra belə söyləyib: Bu təşəbbüsü siyasiləşdirməklə/ İsrail rejimi kütləvi qırğın silahları olmayan bölgənin yaradılmasına qarşı çıxmasının əsl səbəbini gizlətməyə çalışır. Əsl səbəb isə, hər hansı qanuni icbarilik gətirən öhdəlikdən qaçmaq yolu ilə, öz kütləvi qırğın silahları proqramını qoruyub saxlamaqdır.
İrəvani vurğulayıb: İsrail rejiminin hərəkətləri, o sıradan region alimlərinə və mülki nüvə proqramlarına qarşı təxribatçılıq və terror hərəkətləri,/ həmçinin sözügedən rejimin baş nazirinin BMT Baş Assambleyasının 22 sentyabr 2023-cü il tarixində keçirilən 78-ci sessiyasında «İran əleyhinə mötəbər nüvə təhdidi» barədə dediyi sözlər,/ eləcə də İsrail rejimindən olan bir nazirin Qəzzə zolağında nüvə silahından istifadə haqdakı təklifi/ BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də daxil olmaqla beynəlxalq orqanların dərhal məsələyə qarışmalarını tələb edir.