İran münasib zaman və formada sionistlərə cavab verəcək
İran xarici işlər naziri İsrail rejiminin İrana qarşı son hücumlarına işarə edib. Bildirib ki: İran İslam Respublikası cavab haqqını kənara qoymayıb və öz zamanında və münasib olan formada bu hücumlara cavab verəcək.
İran xarici işlər naziri Seyid Abbas İraqçı İslam İnqilabı Keşikçiləri Korpusunun baş qərargahının komandanları və işçiləri qarşısında sonra belə söyləyib: İran rəsmi şəkildə dünya ictimaiyyətinə bildiribdir ki, İsrail rejiminin İrana qarşı son hücumları yeni hücumlar olaraq, cavab tələb edir.
«Doğru Vəd-3» əməliyyatının icra zamanına işarə edən İraqçı deyib: Ötən on iki ay ərzində xas olaraq, İran olduqca sayıqcasına və mətanətlə davranıb və onun qərarları həyəcanlı və emosiyalı olmayıbdır. «Doğru Vəd-3» əməliyyatı üçün də elə belə olacaq.
Müharibənin qarşısını alan məsələ, müharibəyə hazırlıqdır- deyən İran diplomatiya aparatının başçısı əlavə edib: Təhdid edən düşmənlər qarşı tərəfdən zəiflik gözləyirlər və əgər zəiflik görərlərsə, öz işlərini görəcəklər. Deməli, müharibə şəraitində möhkəm və güclü dayanmaq, çox mühümdür.