Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası İran əleyhinə mənfur qətnaməni təsdiq etdi
Avropa üçlüyü- İngiltərə, Fransa, Almaniya, həmçinin Amerikanın İranın dinc məqsədli nüvə proqramına qarşı qətnamə layihəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında qəbul edilib.
19 lehinə, 12 tərəfsiz və 3 əleyhinə səslə qəbul olunan qətnamədə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə həmkarlıqlarına işarə edilmədən Tehrandan/ iddia olunan zəmanət məsələlərinin həll edilməsi üçün zəruri addımlar atması istənilib.
Bu sənəddə/ sionist rejimin saxta sənədlərində köklərə malik olan siyasi zəmanət iddiaları təkrar edilib. İrandan istənilib ki, vaxt itirmədən İranda elan olunmamış iki məkandakı insan mənşəli uran zərrəcikləri barədə mötəbər izahatlar təqdim etsin və agentliyi/ hazırkı nüvə maddələri məkanları və ya bulaşmış təchizatlar barədə məlumatlandırsın.
Belə bir halda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri indiyədək dəfələrlə İranın nüvə təsisatlarında olub və heç vaxt İranın dinc məqsədli nüvə proqramının hərbi məqsədlərə tərəf yayındığını göstərəcək heç bir sənəd tapmayıblar.
Bununla belə, Avropa üçlüyü və Amerikanın qeyri-konstruktiv qətnaməsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorundan istənilibdir ki, yerdə qalan məsələlərlə bağlı/ elan olunmamış nüvə maddələrindən ehtimal edilən istifadə və ya iştirak iddiası barədə yeni və əhatəli dəyərləndirmə aparsın.
Qətnamədə habelə agentliyin baş direktorundan/ direktorlar şurasının gələn ilin fevral-mart aylarında keçiriləcək iclasında və ya maksimum gələn ilin baharınadək araşdırılmaq üçün İranın agentliklə əməkdaşlığı haqda tam məlumat işləyib hazırlaması istənilib.
Bundan qabaq Belarus, Çin, Kuba, Nikaraqua, Rusiya, Suriya, Venesuela, Zimbabve və İrandan ibarət «Core Group» adlı «əsas özək qrupu» ölkələri/ direktorlar şurasında birgə bəyanat qəbul etmişdilər. Onlar bu bəyanatda üç Avropa ölkəsinin qətnamə layihəsini pisləmiş və bunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qərarçıxarma prosesindən sui-istifadə nümunəsi adlandırmışdılar. Sözügedən qrup həm də yerdə qalan zəmanət məsələlərinin həll edilməsi üçün İranla anlaşma yanaşmasının davam etdirilməsinə dəstəyin vacibliyinə təkid etmişdi.