İran Dəniz Ordusu donanması komandirləri İnqilab Rəhbəri ilə görüşüb
Ötən gün İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup komandiri və rəsmiləri Hərbi Dəniz Qüvvələri Günü münasibətilə İnqilab Rəhbəri ilə görüşüb.
İran Ordusu Hərbi Dəniz Qüvvələrinin bir qrup komandiri ilə görüşündə Ali Məqamlı Rəhbər: "Döyüş qabiliyyətinin artırılması silahlı qüvvələrin əsas vəzifəsidir"
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 7 Azər (27 noyabr) İran Hərbi Dəniz Qüvvələrinin Milli Günü münasibətilə İran Ordusu Hərbi Dəniz Qüvvələrinin komandirləri və rəsmiləri ilə keçirilən görüşdə İranın “Peykan” freqatının Səddamın Bəəs ordusuna qarşı qəhrəmanlığını yad edərək, dəniz qüvvələrini müasir dünyada həyati və həlledici qüvvələr adlandırıblar.
Həzrət Ayətullahül-üzma Xamenei İranın Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin patrul, əməliyyat, kəşfiyyat, logistika və dəstək, innovasiya və quruculuq sahələrindəki fəaliyyətlərini yüksək qiymətləndiriblər və buyurublar: "Silahlı qüvvələr, xüsusilə də dəniz donanması bütün fəaliyyət və planlamalarda öz hazırlığını və döyüş gücünü artırmağa diqqət etməlidir".
O, Həzrət əlavə ediblər: "Döyüş qüdrətinin artırılması düşmənləri ölkəyə hücum etməkdən çəkindirir. Silahlı qüvvələrin ən mühüm missiyası hücumların qarşısını almaqdır, ona görə də elə əməl olunmalıdır və ölkənin döyüş qabiliyyəti düşmənlərin və bədxahların gözü qarşısında elə qabarıq şəkildə nümayiş olunmalıdır ki, düşmənlər sözün əsl mənasında hər hansı qarşıdurmanın onlar üçün baha başa gələcəyini açıq şəkildə anlasınlar”.
İslam İnqilabının Rəhbəri həmçinin dəniz missiyalarının davam etdirilməsinin vacibliyinə toxunaraq, qeyd ediblər ki, 86-cı dəniz eskadrasının bir neçə aydır davam edən missiyasının təfərrüatlarını ictimai rəyə çatdırmaq üçün bədii və texniki vasitələrdən istifadə oluna bilər. Görüşün əvvəlində İran Ordusu Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Hərbi Dəniz Qüvvələrinin müxtəlif sahələr üzrə proqramları və fəaliyyətləri haqqında hesabat təqdim edib