Pezeşkiyan: "İran Suriyada terrorçuluğa qarşı əməkdaşlığa hazırdır"
https://azeri.sahartv.ir/news/İran-i416531-pezeşkiyan_İran_suriyada_terrorçuluğa_qarşı_əməkdaşlığa_hazırdır
İran prezidenti İraqın Baş naziri ilə telefon danışığında Suriyanın şimalında ekstremist qrupların fəaliyyətini müzakirə edib.
(last modified 2024-12-02T04:06:11+00:00 )
Dek 02, 2024 08:01 Asia/Baku
  • Pezeşkiyan:

İran prezidenti İraqın Baş naziri ilə telefon danışığında Suriyanın şimalında ekstremist qrupların fəaliyyətini müzakirə edib.

Prezident bu danışqda ölkələrin, o cümlədən Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasını İranın regional strategiyası adlandırıb.

"Livanda atəşkəsdən sonra regionun nisbi sülhə doğru irəlilədiyi bir şəraitdə nəzərlər Qəzzəyə yönəlmişdi.Məhz belə bir vəziyyətdə Suriyada yaşananlar, bölgənin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub" -deyə Pezeşkiyan İranın terrorla mübarizədə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edib.

"Baş verən bu hadisələr sionist rejimin İslam ölkələrində təhlükəsizlik, ixtilaf və münaqişələri daha da artırmaq üçün məhşur planlarının bir hissəsidir. Əlbətdə bu, İslam ümmətinin bölgədə terror cərəyanlarının yayılmasının qarşısını almaq üçün müttəfiqlik və ortaqlıq məsələsini zəruriləşdirir"-deyı İran prezidenti vurğulayıb.