Əraqçı livan xalqını və yeni prezidenti təbrik edib
İranın xarici işlər naziri bir müraciətdə general Cozef Aunun Livan prezidenti seçilməsi münasibətilə onu və Livan xalqını təbrik edib
Seyid Abbas Əraqçi X sosial media hesabında yazıb: "Zati-aliləri prezident Cozef Aunu və qardaş Livan xalqını təbrik edirəm. İran işğaldan və xarici təhdidlərdən uzaq, sabit, təhlükəsiz, müstəqil və bütün livanlıların vətəni olan Livanı dəstəkləyir".
O, davam edib: "Həmişə olduğu kimi biz Livan xalqının arzularını təmsil edən, onun rifahını təmin edən, Livanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan istənilən hökumətlə əməkdaşlıq edəcəyik".
Qeyd edək ki, Mişel Aunun prezidentlik müddətinin sona çatması ilə Livan ordusunun komandanı Cozef Aun cümə axşamı ölkə parlamenti tərəfindən prezident seçilib.