İranla Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i417792-İranla_azərbaycan_arasında_əməkdaşlıq_sənədi_imzalanıb
Ötən gün (22 Yanvar) Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub və İranla Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb.
(last modified 2025-01-23T05:32:12+00:00 )
Yan 23, 2025 09:26 Asia/Baku

Ötən gün (22 Yanvar) Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub və İranla Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb.

Birgə İqtisadi Komissiyasının həmsədrləri — İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iştirakı ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.

İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.

Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.