Bəhreyndəki təcavüzkar ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarı hədəf alınaraq, məhv edildi
https://azeri.sahartv.ir/news/İran-i423906-bəhreyndəki_təcavüzkar_abŞ_ordusuna_məxsus_erkən_xəbərdarlıq_radarı_hədəf_alınaraq_məhv_edildi
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi özünün 22 nömrəli bəyanatında bildirib ki, Bəhreyn adasında təcavüzkar ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarı hədəf alınaraq, məhv edilib.
(last modified 2026-11-16T08:58:39+00:00 )
Noy 13, 2026 12:56 Asia/Baku
  • Bəhreyndəki təcavüzkar ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarı hədəf alınaraq, məhv edildi

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi özünün 22 nömrəli bəyanatında bildirib ki, Bəhreyn adasında təcavüzkar ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radarı hədəf alınaraq, məhv edilib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatında deyilir: "İslami İranın qəhrəman və əzəmətli xalqı! Sizin zülm və qlobal hegemonluğa qarşı səkkiz aydır davam edən tarixi dözümlülük dastanınız xalqları oyadıb və müxtəlif ölkələrin gənclərini mübarizə meydanına çıxmağa sövq edib".Bəyanatda əlavə olunub: "Sizin qeyrətli övladlarınız da döyüş meydanında Uca Allaha təvəkkül edərək və xalqın tükənməz dəstəyindən güc alaraq öz qəhrəmanlıqlarını davam etdirirlər. Bir neçə saat əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri düşmənin Sirikdəki rabitə qülləsinə endirdiyi hava zərbəsinə cavab olaraq, Bəhreyn adasında amerikalı təcavüzkarlara məxsus erkən xəbərdarlıq radarını hədəf alaraq məhv ediblər".Bəyanatda daha sonra vurğulanıb: "Bu, təcavüzkar düşmənə öz təxribatçı hava fəaliyyətlərinə və Hörmüz boğazında neft qaçaqmalçılığına son qoyması üçün ciddi xəbərdarlıqdır. Əgər bu pozuntular və təcavüzkarlıq halları təkrarlanarsa, SEPAH-ın Aerokosmik Qüvvələri heç bir coğrafi məhdudiyyət olmadan cavab verməyə tam hazır vəziyyətdədir. Bundan əlavə, təcavüzkar düşmənə aldanaraq bu cür pozuntulara yol verən istənilən şirkət daha sərt cəza tədbirləri ilə üzləşəcək".