AİP islamçı məhbusların azadlığını tələb etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i194195-aİp_islamçı_məhbusların_azadlığını_tələb_etdi
Azərbaycan İslam Partiyasının qərargahında İslamçı məhbuslarla bağlı konfrans keçirilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 04:17 Asia/Baku
  • Azərbaycan İslam Partiyası
    Azərbaycan İslam Partiyası

Azərbaycan İslam Partiyasının qərargahında İslamçı məhbuslarla bağlı konfrans keçirilib

Səhər kanalının "İslamınsesi.org" saytına istinadən verdiyi xəbərə görə, Bakıda, AİP-in mərkəzi qərargahında keçirilən toplantıda AİP funksionerləri Azərbaycan zindanlarında həbsxana həyatı yaşayan və mömin insanların, ruhani alimlərin məhbəslərdə müxtəlif işgəncələrə məruz qalmalarına qarşı ciddi etiraz etdiklərini dilə gətiriblər.
Konfrans iştirakçılarının qəbul etdikləri bəyanatda məhbus ruhani alim və möminlərin azad olunmaları, cəmiyyətə faydalı və əhəmiyyətli bu insanların zindanlarda işgəncələrə məruz qoyulmasına son verilməklə onların dini fəaliyyətlərinin davam etdirilməsindən ötrü azadlıq hüquqlarının hakimiyyət tərəfindən tanınması tələb edilib.