Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Təbrizə səfər edib
İyun 09, 2015 18:00 Asia/Baku
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov çərşənbə axşamı günü İrana daxil olub.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri İrana səfərinin məqsədini iqtisadiyyat, ticarət, mədəniyyət məsələlərinin araşdırılması və əməkdaşlıqların gücləndirilməsi adlandırıb.Vasif Talıbov Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşdə bildirib: Hal-hazırda iki tərəfin əməkdaşlıqları yaxşı səviyyədədir. Münasibətlərin güclənməsi ilə əməkdaşlıqlar səviyyəsi genişlənə bilər.
Talıbovun sözlərinə görə, hazırda iki tərəf əkinçilik və kənd təsərrüfatı sahəsində əməkdaşlıq edirlər və Naxçıvan Muxtar Respublikası iranlı sərmayəçilərin sərmayəsinə zəmanət verməyə hazırdır.
Talıbov deyib: Qarşı tərəfdə Azərbaycan Respublikası investorları İranda və Araz Azad Ticarət Zonasında investisiya yatırmağa maraqlıdırlar və iqtisadi və ticarət əlaqələrinin genişlənməsi üçün çoxlu sahələr mövcuddur.
İki tərəfin potensial əməkdaşlıq sahələrinə münasibət bildirən Talıbov deyib: İki tərəf arasında tələbə mübadiləsi də digər əməkdaşlıq sahəsi ola bilər. Eyni zamanda Naxçıvan Muxtar Respublikası müalicə sektorunda İran həkimlərinin yüksək təcrübə və elmindən istifadə etməyə hazırdır.
Şərqi Azərbaycan valisi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşdə deyib: İran hökuməti qonşu ölkələrlə bütün sahələrdə münasibətlərin genişlənməsini vurğulayır və bu strategiya ilə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsi üçün faydalı addımlar atılmışdır.
İsmayıl Cabbarzadə əlavə edib: 11-ci hökumət iqtidara gəldiyi zamandan şəxsən cənab prezident Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsini çox vurğulamışdır və biz bu münasibətlərin genişlənməsinə sərhəd tanımırıq.