ANS müsəlman qadınların hicabına hörmətsizlik edən aparıcını müdafiə etdi
İyun 09, 2015 21:44 Asia/Baku
ANS telekanalının ictimai əlaqələr şöbəsinin direktoru deyib: Bu telekanal müsəlman qadınların hicabına hörmətsizlik edən aparıcıya xəbərdarlıq etməyəcək.
FaktXəbər xəbər portalının məlumatına görə, ANS-in ictimai əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov bildirib: ANS telekanalı azad və qeyri-asılı kanaldır və bu proqramın aparıcısı müxtəlif məsələlər barədə öz fikrini bildirmək üçün tam azadlığa malikdir. Hər kim belə məsələlər eşitmək istəmirsə, başqa telekanallara baxsınlar. Biz heç kimi məcbur edə bilmərik ki, mütləq ANS-in proqramlarına baxsınlar.Məmmədov əlavə edib: Biz məsələ barəsində fikir bildirmək azadlığa malik olan aparıcını cəzalandıra bilmərik.
Bildirilir ki, son vaxtlar "İncə Maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova çadralı qadınları bayquşa bənzədib. Onun bu ifadəsi ruhanilər və çoxlu sayda Azərbaycan Respublikası dindarlarının kəskin etirazına səbəb olub.
Bildirilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən telekanallar bir növ hökumətə bağlıdırlar və icazə və koordinasiya olmadan heç bir proqram hazırlamır və hətta proqramların mövzusu və mətni dövlət orqanları tərəfindən dəyərləndirilir.
Siyasi Məhbuslarsız Azərbaycan Mərkəzinin direktoru və insan haqları müdafiəçisi Elşən Həsənov verdiyi müsahibədə çadralı qadınların bayquş adlandırılmasını islam dininə hörmətsizlik adlandırıb və deyib: Bu hərəkət qeyri-etik və qeyri-qanunidir. Çünki Azərbaycan Respublikası konstitusiyasında müsəlman qadınlar üçün çadırı götürmək qadağası yoxdur.
Qeyd edək ki, hazırda bu ölkə həbsxanalarında onlarla hicab məhbusu vardır.