Azərbaycan Respublikasına təzyiqlərin şiddətləndirilməsi istənilib
İyun 10, 2015 18:42 Asia/Baku
Sərhədsiz Müxbirlər Təşkilatının sədri Almaniya Olimpiya Komitəsindən istəyib ki, Bakıda Avropa İdman Oyunlarının keçirilməsi ərəfəsində rəsmi Bakını Azərbaycan siyasi məhbuslarını azad etməyə məcbur etsin.
Azadlıq.org xəbər portalı bildirib ki, Sərhədsiz Müxbirlər Təşkilatının sədri Kristian Mir Almaniya Olimpiya Komitəsinin sədri Mixail Vesperdən Azərbaycan Respublikasında siyasi məhbusların azad edilməsi məsələsini izləməsini istəyib.O, əlavə edib: Almaniya Olimpiya Komitəsi siyasi məhbusları himayə məqsədilə Azərbaycan iqtidarına qarşı kəskin tənqidlərə əl atmalıdır.
Bu məlumata görə, həmin təşkilat həmçinin Bakıda keçiriləcək Avropa İdman Oyunlarının sponsorlarından istəyibdir ki, Azərbaycan Respublikasında siyasi məhbusların azad edilməsi tələbi üzrə kampaniyaya qatılsınlar.
İnsan haqları fəalları da Bakıda Avropa İdman Oyunlarının keçirilməsi ərəfəsində bu ölkədə insan haqlarının pozlulmasının şiddətlənməsi haqda nigaranlıq ediblər.
Avropa İdman Oyunları iyunun 12-dən 28-dək keçiriləcək və onda məqsəd, Azərbaycan Respublikasının qeyri-münasib insan haqları imicini bərpa etməkdir.