İyun 11, 2015 20:29 Asia/Baku
  • Əli Həsənov
    Əli Həsənov

Azərbaycan Respublikası hökuməti Beynəlxalq Amnistiya Təşkilatının bu təşkilatın nümayəndələrinin Bakıya daxil olmalarının qarşısının alınması üzrə bəyanatını əsassız adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası prezidentinin müşaviri və Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov bu gün Avropa Yay Olimpiya Oyunlarının başlanması münasibəti ilə Bakıda keçirdiyi mətbuat konfransında deyib: Beynəlxalq Amnistiya Təşkilatının nümayənələri olaraq Azərbaycan Respublikasına daxil olmaq istəyən şəxslərin adı bizə elan olunmamışdı və bu şəxslər müxtəlif adlarla bu ölkəyə daxil olmaq istəyirmişlər.
Bakıda-2015 Avropa Olimpiya Oyunları ərəfəsində qərb ölkələrinin Azərbaycan Respublikasını bədnam etmək istədiklərini bəyan edən Həsənov bildirib: Azərbaycana daxil olmalarının qarşısı alınan şəxslərin səfəri qeyri-qanuni olub və Beynəlxalq Amnistiya Təşkilatının bu barədə yaydığı bəyanatın Azərbaycan Respublikası hökuməti üçün etibarı yoxdur.
Qeyd edək ki, çərşənbə günü Azərbaycan Respublikası hökuməti bir qrup insan haqarı müdafiəçisini bu ölkəyə daxil olmasının qarşısını alıb.

Teqlər