İyun 14, 2015 09:35 Asia/Baku
  • Almaniyanın Bakıdakı səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb
    Almaniyanın Bakıdakı səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu qərarla bağlı qəti etiraz bildirilib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir müavini Xələf Xələfov bildirib ki, belə bir qətnamənin qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qaralamaq xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu, Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbuledilməz hesab edilir.
“Bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür”, deyə məlumatda bildirilir.

Teqlər