Hacı Zülfüqar Mikayılzadə: Dr. Səmədovun karsa salınması böyük həyasızlıqdır
İyun 21, 2015 09:46 Asia/Baku
Azərbaycan Respublikasının tanınmış ruhanilərindən olan Höccətülislam vəl muslimin Zülfüqar Mikayılzadə həbsdə olan Mövsüm Səmədovun karsa salınmasını böyük həyasızlıq adlandırıb.
İslamazeri.az-ın verdiyi xəbərə görə, Həzrəti Abbas məscidində cümə namazı xütbələrində Hacı Zülfüqar Mikayılzadə İslami cameəni narahat edən gündəm – AİP lideri Mövsüm Səmədovun karsa salınmasından danışıb: "Biz ilk növbədə Mövsüm Səmədovun karsa salınmasını məhkum edirik. Bu çox böyük həyasızlıqdır ki, millətin aliminə , ümmətin aliminə , dindarların, Azərbaycan xalqının hörmət etdiyi bir şəxsə bu cür həqarət edəsən."