Amnesty İnternational Azərbaycan səfirliyi qarşısında aksiya keçirdi
İyun 21, 2015 09:47 Asia/Baku
Amnesty İnternational hüquq müdafiə təşkilatının Hollandiya şöbəsinin bir qrup fəalı İyunun 19-da Azərbaycan Respublikasının oradakı səfirliyi qarşısında Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirib.
Təşkilatın facebook səhifəsində deyilir ki, iyirmiyə yaxın aksiya iştirakçısı əllərində plakatlarla səfirliyin önündə toplaşıblar və orada oturaq aksiya keçiriblər.Məlumata görə, iştirakçılar vicdan məhbusların azad edilməsini tələb ediblər.