Xədicə İsmayılovanın cinayət işi üzrə istintaq başa çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i195123-xədicə_İsmayılovanın_cinayət_işi_üzrə_istintaq_başa_çatıb
Həbsdə olan Xədicə İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 12:25 Asia/Baku
  • Xədicə İsmayılovanın cinayət işi üzrə istintaq başa çatıb
    Xədicə İsmayılovanın cinayət işi üzrə istintaq başa çatıb

Həbsdə olan Xədicə İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Beynəlxalq Səhər Kanalının APA-ya verdiyi məlumata görə, Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın cinayət işi üzrə ibtidai istintaqın başa çatması elan olunub və bu gündən vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar.

Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.