Nardaranlılar "Qüdsü unutma" aksiyası keçirəcəklər
İyul 10, 2015 08:45 Asia/Baku
-
Nardaranlılar "Qüdsü unutma" aksiyası keçirəcəklər
Hər il olduğu kimi, bu il də Ramazan ayının son cümə günü “Qüdsü unutma!” aksiyaları keçiriləcək.
Bu haqda Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov bildirib.O qeyd edib ki, iyulun 10-u Ramazan ayının son cümə gününə təsadüf etdiyi üçün həmin gün saat 18:00-da Nardarandakı İmam Hüseyn meydanında dindarların Qüdsün və Qarabağın müdafiəsi ilə bağlı aksiyasının keçirilməsi qərara alınıb.
N.Kərimov deyib ki, İmam Xomeyni (rə) İranda hakimiyyətə gəldikdən sonra Ramazan ayının sonuncu cümə gününü Qüdsü anım günü elan edib və həmin zamandan etibarən islam dünyasında bu aksiyalar Qüdsü müdafiə adı altında keçirilir.