İyul 13, 2015 11:02 Asia/Baku
  • Erməni silahlı bölmələri atəşkəs rejimini 86 dəfə pozubıar
    Erməni silahlı bölmələri atəşkəs rejimini 86 dəfə pozubıar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozublar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Mərzili, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Teqlər