R. Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i195831-r._novruzoğlu_atƏt_in_bakıdakı_ofisinin_qeyri_prinsipial_fəaliyyətini_onun_bağlanmasının_səbəbi_adlandırıb
Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandıraraq, deyib: Bu ofis Azərbaycan-Avropa münasibətlərini gücləndirmək yerinə, iki tərəf əlaqələrini pozmaq istiqamətində və qeyri-səmərəli yolda səy göstərirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2015 10:16 Asia/Baku
  • R. Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandırıb
    R. Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandırıb

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu ATƏT-in Bakıdakı ofisinin qeyri-prinsipial fəaliyyətini onun bağlanmasının səbəbi adlandıraraq, deyib: Bu ofis Azərbaycan-Avropa münasibətlərini gücləndirmək yerinə, iki tərəf əlaqələrini pozmaq istiqamətində və qeyri-səmərəli yolda səy göstərirdi.

O, bu ofisin fəaliyyətinin Qərb ölkələrinin Azərbaycan Respublikasındakı maraqlarının təmini istiqamətində olduğunu dilə gətirərək, söyləyib: Bu ofisin birneçəillik fəaliyyəti Azərbaycan Respublikasına heç bir töhfə verməyibdir.
Rövşən Novruzoğlu deyib: Bu ofis qeyri-qanuni formada və iri məbləğlər xərcləyərək, Azərbaycan Respublikasının maraqlarına zərbə vurmaq niyyətində olub və bir casusluq vasitəsi kimi və böyük Avropa ölkələrinin maraqlarını təmin etmək istiqamətində səy göstərirdi.
Bu azəri ekspert ATƏT-in Bakıdakı ofisinin bağlanmasını ölkəsinin məsləhətinə uyğun olduğunu deyərək, vurğulayıb: Bu Avropa ofisinin fəaliyyəti yerinə, Azərbaycanda İslam ölkələrinin demokratik qurumlarının faəliyyətinin şahidi olmaq istəyərdim ki, onlar zərurət məqamında beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini himayə etmiş olsunlar.