İyul 15, 2015 18:33 Asia/Baku
  • QAT sədri Qarabağ məsələsinin həll yolunu göstərib
    QAT sədri Qarabağ məsələsinin həll yolunu göstərib

Qarabağ məsələsi Türkiyə və Iranın real dəstəyi ilə həll edilə bilər

İran -Qərb münasibətləri Qarabağ mövzusunda rol oynaya biləcəkmi? Birlik.az saytı xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatının sədri, tarixçi-politoloq Akif Nağı sosial şəbəkədə maraqlı fikir paylaşıb:
"İranla "Altılıq" ölkələri arasında əldə olunmuş razılaşma son illərin ən mühüm hadisəsi kimi dəyərləndirilə biler. Bu razilaşma dünyanın, xüsusilə də bizim regionun düzəninə ciddi təsir göstərəcək. Iran Qərbin təzyiqləri qarşısinda geri çəkilmədi, Bu, yaxşı nümunədir. Hər bir dövlət öz maraqlarını qorumağı bacarmalı, başqalarının da bu maraqlarla hesablaşmasina nail olmalidir. Neft qiymətlərinin də ABŞ tərəfindən təkbaşına nizamlanması praktikasına ciddi düzəliş ediləcəkdir. Bu da çox vacib məsələdir. Yeni situasiya Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər. Dəfələrlə dediyimi bir daha təkrar edirəm: Qarabağ məsələsini Azərbaycan öz gücünə arxalanmaqla Türkiyə və Iranın REAL dəstəyi ilə həll edəcəkdir."

Teqlər