Erməni kəşfiyyatçının apellyasiya şikayətinə baxıldı
İyul 15, 2015 18:49 Asia/Baku
Bu gün Gəncə Apellyasiya Məhkəməsində erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.
Hakim Teyyub Muxtarovun sədrlik etdiyi proses qapalı keçirilib. Məhkəmə prosesində bu il mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanılıb.Gəncə Apellyasiya Məhkəməsində məhkəmənin ilkin baxış iclası iyunun 8-də keçirilib.
Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən Arsen Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.
Arsen Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.
Törətdiyi əməllərə görə Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsi ilə ittiham olunub