Azərbaycanlı nazir İrana səfər edəcəyinə ümidvarlıq edib
İyul 16, 2015 08:54 Asia/Baku
-
Azərbaycanlı nazir İrana səfər edəcəyinə ümidvarlıq edib
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri iranlı həmkarının dəvəti ilə İrana səfər edəcək.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdə İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiinin dəvətnaməsini azərbaycanlı nazirə təqdim edib. Bu dəvətnamədə Rəbii azərbaycanlı həmkarını oktyabr ayında İrana səfər etməyə dəvət edib.Məlumata görə, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri dəvətnaməyə görə üz təşəkkürünü bildirərək ümidvarlıq edib ki, həmin tarixdə İrana səfər edə biləcək.
İşçilərin rifahı, əlillərin vəziyyətinin yaxşılaşdırılması, yaşlıların və başsız uşaqların müdafiəsi, narkotika qurşananların müalicəsi, iş yerlərinin yaradılması İran və Azərbaycan Respublikasının əməkdaşlıq gündəmində durur.